​Mədəniyyət və Turizm Nazirliyinin yeni xidmətləri "e-Hökumət" portalına qoşulub

​Mədəniyyət və Turizm Nazirliyinin yeni xidmətləri "e-Hökumət" portalına qoşulub Azərbaycana gələn turistlər taksinin qiymətini də portaldan öyrənə biləcəklər
İKT
9 Oktyabr , 2015 13:09
​Mədəniyyət və Turizm Nazirliyinin yeni xidmətləri e-Hökumət portalına qoşulub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi "Elektron Hökumət" portalına 12 yeni xidmətini inteqrasiya edib. "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Məlumat Hesablama Mərkəzinin başçısı Nail Mərdanov deyib.

N.Mərdanov portalın özündə aparılan yeniliklərlə bağlı danışıb və yeni variantda tərtib edilən portalın daha interaktiv olduğunu deyib. 

Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəsi Rüfət Gülməmmədov isə çıxışında deyib ki, MSK-nın 10 xidməti və onların hamısı artıq portala inteqrasiya edilib: "Həmin xidmətlərin 7-si daimi, 3-ü isə müvəqqətidir. Yəni, bu xidmətlər yalnız seçki vaxtı aktivləşir. MSK-nın portala inteqrasiya edilmiş xidmətləri istifadə edilməsinə görə 5-ci yerdədir".

MSK-nın digər nümayəndəsi Şahin Əsədli deyib ki, qurum elektron xidmətlərdən istifadə ilə əlaqədar ilk dəfə 2008-ci ildəki prezident seçkilərində veb-kameralardan istifadə edib: "2008-ci il seçkilərində 500 məntəqədə, 2013-cü ildə isə 1 000 seçki məntəqəsində veb-kamerandan istifadə etdik. Bu isə ölkə üzrə ümumi seçki məntəqələrinin 20%-dir".

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Qabil Abbasov Azərbaycanda ilk dəfə elektron lisenziya verən qurumun Mədəniyyət və Turizm Nazirliyi olduğunu deyib: "Vətəndaşlar xidmətlərindən istifadə etdikləri hotel və ya istirahət məkanlarının lisenziya alıb-almaması ilə bağlı portaldan məlumat ala bilərlər".

Nazirlik nümayəndəsi, həmçinin yeni xidmətləri də təqdim edib. Belə ki, ölkəyə gələn turistlər gedəcəyi yerin taksi qiymətini xəritə vasitəsi ilə öyrənə bilər. Qurumun nümayəndəsi bunun ancaq "London" taksilərində mümkün olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi