"​Mançester Yunayted" Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilib

"​Mançester Yunayted" Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilib Seçimlərdə 965 uşaq iştirak edib
İKT
2 İyun , 2015 18:14
​Mançester Yunayted Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilib

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Mançester Yunayted" üçüncü Yay Futbol Məktəbi"nin təlim-məşq toplanışlarının başladığını elan edib.

“Bakcell”dən “Report”a verilən məlumata görə, Yay Futbol Məktəbinin məqsədi paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.

Seçimlərdə 965 uşaq iştirak edib. Seçim prosesi AFFA-nın Elit Məşq Layihəsinin məşqçiləri və "Mançester Yunayted" Futbol Məktəbinin baş məşqçisi Mik Benet (Mick Bennett) tərəfindən həyata keçirilib. Seçimdən müvəffəqiyyətlə keçən 34 nəfər gənc iyunun 1-dən 5-dək Bakıda “Bayıl Arena” stadionunda təşkil olunan təlim-məşq toplanışlarında iştirak edir. Təlimlərə “Mançester Yunayted” klubunun Azərbaycana ezam olunan məşqçiləri Qarvey Luiz (Garvey Louis) və Ollieuz Kristofer (Ollieuz Christopher) rəhbərlik edir.

“Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib ki, bu il seçimlərdə iştirak edən uşaqların sayı ötənilkindən təxminən 300 nəfər artıqdır və bu sayın ildən-ilə artması layihənin uğurlu olmasına işarə edir. Bu il seçilən uşaqlar arasında elələri var ki, onlar ikinci və hətta üçüncü dəfədir seçimdə iştirak edirlər. M.Toyçeva məktəbin məzunlarının 80%-dən çoxunun perspektivli klubları təmsil etdiyini, digərlərinin isə müxtəlif maraqlı təkliflər aldığını deyib. Onlardan biri bu il U-13 Liqasında ən yaxşı oyunçu adına layiq görülüb, başqa bir iştirakçının isə “Fənərbaxça” klubunda çıxış edəcəyi gözlənilir.

AFFA-nın baş katibi Elxan Məmmədov “Mançester Yunayted” kimi təkcə Avropada deyil, bütün dünyada tanınmış bir brendin Azərbaycanda olmasının çox müsbət hal olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi