Macarıstanın rabitə və kommunikasiya məsələləri üzrə dövlət katibi Azərbaycana səfər edəcək

Macarıstanın rabitə və kommunikasiya məsələləri üzrə dövlət katibi Azərbaycana səfər edəcək İnformasiya texnologiyaları üzrə Azərbaycan-Macarıstan işçi qrupunun yaradılması məsələsi müzakirə olunacaq
İKT
6 Aprel , 2015 13:22
Macarıstanın rabitə və kommunikasiya məsələləri üzrə dövlət katibi Azərbaycana səfər edəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Macarıstanın rabitə və kommunikasiyalar məsələləri üzrə dövlət katibi Zoltan Karoy Şoymar aprelin 7-də Azərbaycana səfər edəcək.

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora "Report"a bildirib ki, səfər zamanı dövlət katibi Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilə görüşəcək. 

Səfirin sözlərinə görə, görüşdə informasiya texnologiyaları üzrə işçi qrupunun yaradılması məsələsi müzakirə olunacaq: "Aprelin 21-22-də Budapeştdə Macarıstan-Azərbaycan dövlətlərarası iqtisadi  komissiyasının iclası keçiriləcək və iclas çərçivəsində bu məsələ ətraflı şəkildə müzakirə olunacaq".

Qeyd edək ki, Z.K.Şoymar və E.Vəlizadə  Azərbaycan-Macarıstan dövlətlərarası  iqtisadi komissiyasının həmsədrləridir. 

Son xəbərlər

Orphus sistemi