​Kiberidman üzrə növbəti çempionatın milli seçim turu başa çatıb

​Kiberidman üzrə növbəti çempionatın milli seçim turu başa çatıb Müraciətlər ümumilikdə 100-ə yaxın olub
İKT
10 Avqust , 2015 11:41
​Kiberidman üzrə növbəti çempionatın milli seçim turu başa çatıb

Bakı. 10 avqust. REPORT.AZ/ “MCS Open” (Moscow Cyber Stadium Open) kiberidman çempionatının III mövsümü üzrə milli seçim turu artıq başa çatıb. Nəticədə, daxil olan müraciətlərin ümumi sayı 100-ə yaxın olub.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən bildirir ki, bu barədə Azərbaycan Kiberidman Federasiyasının prezidenti Ramil Əliyev məlumat verib.

Üç növ üzrə təşkil edilən çempionatın milli seçim turunda “DOTA2” (5x5) üzrə 12 komanda, “CS:GO” (5x5) üzrə 5 komanda, “HearthStone” (1x1) fərdi yarışlar üzrə isə 12-18 nəfər seçilib.

Qeyd edək ki, turnirin finalı Moskvada, “Moscow Cyber Stadium” meydançasında təşkil olunacaq. Turnirə qatılmaq üçün iştirakçı mütləq milli seçim mərhələsində (LAN) qalib gəlməli və beynəlxalq regional seçmə mərhələsinin (onlayn) TOP4-nə vəsiqə qazanmalıdır.

Son xəbərlər

Orphus sistemi