​“KaTV1” yüksəksürətli “optik” internetə keçid üçün kampaniya elan edib

​“KaTV1” yüksəksürətli “optik” internetə keçid üçün kampaniya elan edib Kampaniya bu il avqustun 31-dək qüvvədə olacaq
İKT
2 May , 2016 19:01
​“KaTV1” yüksəksürətli “optik” internetə keçid üçün kampaniya elan edib

Bakı. 2 may. REPORT.AZ/ “AG Telecom” şirkəti (“KaTV1” ticarət nişanı) kabel televiziyası əhalinin fiber-optik şəbəkələrlə təqdim olunan yüksəksürətli genişzolaqlı internetə keçməsi üçün müvafiq stimullaşdırma proqramını elan edib.

“KaTV1” şirkətindən “Report”a bildirilib ki, əhalinin “fiber”ə (fiber-optik şəbəkələr) keçirilməsi Azərbaycanda internet-infrastrukturu sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. “Fiber”ə keçid nəticəsində istifadəçilər ADSL-dən daha keyfiyyətli internet əldə edəcəklər.

Stimullaşdırma proqramı çərçivəsində “KaTV1” “optika”ya keçmək istəyən istifadəçilər üçün müəyyən üstünlüklər verən kampaniyalara start verib. “Optika”ya keçid zamanı müvafiq internet-paketinə görə iki aylıq ödəniş edən bütün istifadəçilər pulsuz wifi-modem və ya hər yeni istifadəçi seçdiyi paket üzrə bir aylıq pulsuz internet əldə edəcək. Kampaniya bu il avqustun 31-dək qüvvədə olacaq.

Qeyd dək ki, ADSL ilə eyni qiymətə olan “optika”nın istifadəçisi məhdudiyyətsiz trafiklə yanaşı, daha yüksək sürət əldə edir. “Optik” internet üçün ayrıca fiber-optik şəbəkələrdən istifadə olunur, ADSL texnologiyası üçün isə köhnə telefon xətlərindən istifadə olunur ki, bu da sürətə olduqca təsir edir.

Son xəbərlər

Orphus sistemi