"KaTV1" yeni kampaniya keçirir

"KaTV1" yeni kampaniya keçirir Kampaniyaya yeni qoşulanlar pulsuz Wi-Fi ruter əldə edəcəklər
İKT
23 May , 2016 15:13
KaTV1 yeni kampaniya keçirir

Bakı. 23 may. REPORT.AZ/ “AG Telecom” kabel televiziyası şirkəti (“KaTV1” ticarət nişanı) “Yay interneti” kampaniyasına start verib. “KaTV1”dən “Report”a verilən məlumata görə, kampaniya çərçivəsində internet paketi üçün əvvəlcədən 3 aylıq ödəniş edən abunəçilər bütün yay boyu (avqustun 31-dək) 30-100 Mbit/s sürəti ilə internetə çıxış əldə edəcəklər.

Orta hesabla istifadə olunan tarif paketindən asılı olaraq, internetin sürəti yay aylarında təxminən dörd dəfə artırılacaq. Belə ki, baza paketinin istifadəçiləri (8 Mbit/s) kampaniyaya qoşulduqda 30 Mbit/s-lik internet əldə edəcəklər.

“KaTV1”in yeni istifadəçiləri isə “Yay interneti” kampaniyasına qoşulduqda əlavə olaraq pulsuz Wi-Fi ruter əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi