“KaTV1” internet paketlərdəki internetin sürətini artırıb

“KaTV1” internet paketlərdəki internetin sürətini artırıb İnternet paketlərin qiymətləri isə dəyişməyib
İKT
20 İyul , 2016 10:33
“KaTV1” internet paketlərdəki internetin sürətini artırıb

Bakı. 20 iyul. REPORT.AZ/ “AG Telecom” şirkəti (“KaTV1” ticarət nişanı) kabel televiziyası internet paketlərdəki internetin sürətini artırıb.

“KaTV1” şirkətindən “Report”a verilən xəbərə görə, yenilənən internet paketlərin qiymətləri isə dəyişməyib.

Yeni internet paketləri sürəti və qiyməti aşağıdakı cədvəldə qeyd olunub:

Sürət 12:00 - 00:00 (Mbit/s) Sürət 00:00 - 12:00 (Mbit/s) Qiymət (AZN)
10 20 18
15 30 28
20 40 35
25 50 45
30 60 70
40 80 90
50 100 110
60 100 125
70 100 135
80 100 165
100 100 195

Eyni zamanda, şirkət yay sezonunda istifadəçilərin pulsuz avadanlıq əldə edə bilməsi və internetdən əlavə bir neçə ay pulsuz istifadə edə bilməsi üçün müvafiq aksiyalar da elan edib.

Son xəbərlər

Orphus sistemi