​"KaTV1" abunəçiləri üçün yenilik edib

​"KaTV1" abunəçiləri üçün yenilik edib Kabel televiziyası operatoru gələn il yeni məhsulunu istifadəyə verəcək
İKT
1 Dekabr , 2015 17:11
​KaTV1 abunəçiləri üçün yenilik edib

Bakı. 1 dekabr. REPORT.AZ/ "AG Telecom" şirkəti ("KaTV1" ticarət nişanı) kabel televiziyası abunəçilərini sürətli internetlə təmin etmək üçün yeni kampaniyaya başlayıb. Bu gündən abunəçilər aldıqları paket çərçivəsində ikiqat daha sürətli internetdən istifadə edəcəklər.

"KaTV1"in mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqov "Report"a açıqlamasında bildirib ki, bu il 10 illiyini qeyd edən şirkət abunəçiləri üçün yenilik edib: "Fiber-optik internet ximəti göstərməyə başlamışıq. Çünki ADSL xətli internetdən fərqli olaraq fiber-optik internet dayanıqlığı və keyfiyyəti ilə fərqlənir. Bu gündən abunəçilərimiz aldıqları paket çərçivəsində ikiqat daha sürətli internetdən istifadə edə biləcəklər. Məsələn, internet 8 Mbit/saniyə göstərilibsə, istifadəçi saat 00:00-dan 12:00-a qədər həmin sürətin ikiqatından istifadə edəcək".

P.Sadıqov qeyd edib ki, hər zaman olduğu kimi, Yeni il ərəfəsində də yeniliklər gözlənilir: "Hər hansı bir yenilik edəndə çalışırıq ki, abunəçilərin izləməyə alışdıqları kanallara və paketlərə toxunmayaq. Yeniliklər abunəçilər arasında aparılan sorğulardan sonra müəyyənləşdirilir".

Onun sözlərinə görə, gələn ildən "KaTV1" yeni məhsulu - "SmartBox"u bazara təqdim edəcək: "Bu qurğu istənilən televizoru "Smart TV"yə çevirə bilər. Yəni bunun vasitəsilə interneti televizora inteqrasiya etmək olacaq. "SmartBox"un həm də mühüm milli missiyası var. Bu balaca cihaz faktiki olaraq dünyanın istənilən ölkəsində yaşayan Azərbaycan ailəsinə televizorda məhz ölkə telekanallarını seyr etməyə imkan verəcək. Bundan əlavə, əvvəlcədən quraşdırılmış "Facebook"və "Skype" proqramları vasitəsilə Azərbaycandakı qohum və dostlarla rahat şəkildə əlaqə saxlayacaqlar. "SmartBox" cihazı həm də "Myvideo.az"a yüklənilmiş videoları televizorla izləməyə imkan yaradacaq. Gələn ildən bu qurğu daha geniş auditoryanın istifadəsinə veriləcək".

Son xəbərlər

Orphus sistemi