Azərbaycanda yeni İKT şirkəti yaradılıb

Azərbaycanda yeni İKT şirkəti yaradılıb Şirkət vergi orqanlarında qeydiyyata alınıb
İKT
13 Yanvar , 2016 12:17
Azərbaycanda yeni İKT şirkəti yaradılıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda telekommunikasiya sahəsində ixtisaslaşacaq "Zip Telecom Inc." şirkəti Bakıda fəaliyyətə başlamağa hazırlaşır. Bununla əlaqədar Şirkət artıq rəsmi şəkildə MMC kimi vergi orqanlarında qeydiyyatdan keçib.

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti,89, qanuni təmsilçisi kimi isə Ruslan Sergeyeviç Freydlin qeyd edilib. R.Freydlin "Report"a açıqlamasında bildirib ki, şirkət telekommunikasiya məhsullarının ölkəyə idxalı, habelə İT xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərəcək.

Qeyd edək ki, MMC dövlət qeydiyyatına 2015-ci il dekabrın 14-də alınıb.

Son xəbərlər

Orphus sistemi