​“iOS” əməliyyat sisteminin yeni versiyası “iOS 8.4” yayımlanıb

​“iOS” əməliyyat sisteminin yeni versiyası “iOS 8.4” yayımlanıb “iOS 8.4”ün istifadəçilərə təqdim etdiyi ən böyük yenilik isə “Apple Music” tətbiqidir
İKT
1 İyul , 2015 20:38
​“iOS” əməliyyat sisteminin yeni versiyası “iOS 8.4” yayımlanıb

Bakı. 1 iyul. REPORT.AZ/ “Apple” əməliyyat sistemini yeniləyərək “iOS 8.4”ü istifadəyə verib. 

“Report” xarici mediaya istinadən bildirir ki, “iOS 8.4” təxminən 222 megabyte tutuma malikdir. “iOS 8.4”ün istifadəçilərə təqdim etdiyi ən böyük yenilik isə “Apple Music” tətbiqidir.

“Apple”in yeni onlayn musiqi xidməti “Apple Music”dən istifadə etmək üçün əməliyyat sistemini yeniləyən “Apple” sahibləri aylıq abunə haqqı ödəməlidirlər.

Yenilənmiş əməliyyat sisteminin və yeni musiqi xidmətinin xüsusiliyi bu xidmət vasitəsilə pərəstişkarlar öz sevimli musiqiçiləri ilə ünsiyyətdə ola biləcəklər. 

Son xəbərlər

Orphus sistemi