Bakı. 18 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun bu il iyulun 1-də elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.
“Report” nazirliyə istinadən xəbər verir ki, kompleks ekspertizaya təqdim olunan 112 layihədən 61-i müsbət rəy alıb.
Müsbət rəy alan layihələr yekun qərarın verilməsi üçün fondun Müşahidə Şurasına təqdim ediləcək. Şuranın növbəti iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, müsabiqə çərçivəsində fonda 121 layihə təqdim olunub.