​İŞİD-in hakerləri "Rəvan Sığorta"nın saytına hücum edib

​İŞİD-in hakerləri "Rəvan Sığorta"nın saytına hücum edib Bir müddət əvvəl "Amrahbank"ın da saytı analoji hücuma məruz qalıb
İKT
23 İyul , 2016 09:41
​İŞİD-in hakerləri Rəvan Sığortanın saytına hücum edib

Bakı. 23 iyul. REPORT.AZ/ Hakerlər Azərbaycanın “Rəvan Sığorta” ASC-nin rəsmi veb-saytını dağıdıblar. “Report” xəbər verir ki, sayta hücum edənlər İŞİD terror təşkilatını təmsil etdiklərini bildiriblər.

Dünya və Azərbaycan xalqına mesaj göndərən terrorçular saytda həm də Suriya hadisələrini özündə əks etdirən video yerləşdiriblər.

Terrorçular Qərbin alyansı ilə əlaqələrini kəsməyən ölkələrdə sonsuz müharibələrin olacağını və qan çaylarının axacağını bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl özlərini İŞİD terror təşkilatına aid edən hakerlər “Amrahbank” ASC-nin də saytını dağıtmışdılar.

Son xəbərlər

Orphus sistemi