​İngiltərə sosial mediada mübarizə aparmaq üçün yeni qüvvə yaradır

​İngiltərə sosial mediada mübarizə aparmaq üçün yeni qüvvə yaradır Əsgərlər mobil telefonları vasitəsilə bütün sosial şəbəkələri izləyə biləcəklər
İKT
2 Fevral , 2015 15:56
​İngiltərə sosial mediada mübarizə aparmaq üçün yeni qüvvə yaradır

Bakı. 2 fevral. REPORT.AZ/ İngiltərə ordusu sosial media mütəxəssislərindən ibarət qüvvə yaradır. "Report"un "The Independent" qəzetinə istinadən verdiyi məlumata görə, yeni yaradılan İnternet ordusu "77-ci briqada" adlanacaq. 

Məlumata görə, ordunun məqsədi "ölümcül olmayan döyüş"də proseslərə psixoloji təsir etməkdən ibarət olacaq. Rəsmi açıqlamada əsgərlərin sayının 1500 nəfərdən ibarət olacağı deyilir.

Apreldən fəaliyyətə başlayacaq onlayn ordunun əsgərlərinin mobil telefonları vasitəsilə "facebook" başda olmaqla bütün sosial şəbəkələri izləməsi mümkün olacaq.

Yeni yaradılacaq ordunun komandanı isə İngiltərə ordusunun generalı Sir Nik Karter (Sir Nick Carter) olacaq.

Son xəbərlər

Orphus sistemi