​İlk həftədə 10 mln. ədəd yeni “Iphone” smartfonu satılıb

​İlk həftədə 10 mln. ədəd yeni “Iphone” smartfonu satılıb "Iphone”un satış rekordu yenilənib
İKT
23 Sentyabr , 2014 11:52
​İlk həftədə 10 mln. ədəd yeni “Iphone” smartfonu satılıb
Bakı. 23 sentyabr. REPORT.AZ/ “Iphone 6” və “Iphone 6 Plus” smartfonlarının satışa çıxdığı ilk həftə ərzində dünya üzrə 10 mln. ədəd bu telefondan satılıb. “Report”un “CNN Money”ə istinadən verdiyi xəbərə görə, "Apple" şirkəti ötən il “Iphone 5S”in satışı ilə bağlı rekordu qırıb. Belə ki, ötən il “Iphone 5S”in satışa çıxarıldığı ilk həftədə bu model 1 mln. ədəd az satılıb.

Telefonların satışında digər maraqlı məsələ Çində təşkil edilən satışların o qədər də yüksək olmamasıdır. Ötən il “Iphone 5C” və “Iphone 5S”in satışa çıxdığı ilk üç gündə Çində bu model 9 mln. ədəd satılıb.

"Apple"şirkətinin sentyabrın 12-də bu smartfonların öncədən online sifariş verilməsinə şərait yaratdığı dövrdən indiyədək 4 mln. nəfər bu yolla “Iphone 6” və “Iphone 6 Plus” alıb.

Şirkətin online telefon sifariş verənlər üçün sentyabrın 19-da şəhər və şəhərətrafı ərazilərdə xidmət nöqtələri fəaliyyət göstərməsinə baxmayaraq, insanların bir çoxu öz sifarişlərini almaq üçün gecə boyu çadırlarda qalıb.

Mixpanel.com saytının araşdırmasına görə, "Apple"in təqdim etdiyi yeni “IOS 8” əməliyyat sistemindən yalnız 30% "Iphone" istifadəçiləri istifadə edir. Sentyabrın 17-dən yüklənməsi mümkün olan bu sistemdən smartfon sahiblərinin yalnız 3 gün sonra istifadə etməsi mümkün olub.

Son xəbərlər

Orphus sistemi