I Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə təmin olunması gələn ay ​yekunlaşacaq

I Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə təmin olunması gələn ay ​yekunlaşacaq Bakı və Mingəçevir şəhərlərində yerləşən poçt şöbəsi binaları da əsaslı təmir olunacaq
İKT
11 Fevral , 2015 11:04
I Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə təmin olunması gələn ay ​yekunlaşacaq

Bakı. 11 fevral. REPORT.AZ/ Bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarını telekommunikasiya xidmətləri ilə təmin etmək üçün lazımi hazırlıq tədbirlərinin I rüb ərzində yekunlaşdırılması nəzərdə tutulur.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə Tədbirlər Planında “Bakı 2015” Avropa Oyunları ilə əlaqədar bir sıra işlərin görülməsi planlaşdırılır.

Olimpiada zamanı tezliklərin maneəsiz işləməsinin təmin edilməsi, ölkəyə gətirilən radioelektron vasitələrin yoxlanılması, qeydiyyatı və radiomonitorinq avadanlıqlarının alınması üzrə tədbirlərin həyata keçirilməsi də Tədbirlər Planında yer alıb.

Bundan əlavə, I Avropa Oyunlarına qədər Bakı və Mingəçevir şəhərlərində yerləşən poçt şöbəsi binaları əsaslı təmir olunacaq.

Son xəbərlər

Orphus sistemi