HP şirkəti geniş ixtisarlara hazırlaşır

HP şirkəti geniş ixtisarlara hazırlaşır Şirkətin cari gəlirləri 13% azalıb
İKT
21 Avqust , 2015 16:07
HP şirkəti geniş ixtisarlara hazırlaşır

Bakı. 21 avqust. REPORT.AZ/ Maliyyə ilinin III rübündə gəliri 13% azalan ABŞ-ın HP (Hewlett Packard) şirkəti geniş işçi ixtisarına hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə xarici mediaya açıqlama verən şirkət nümayəndələri bildiriblər.

Şirkət rəsmiləri ixtisarlar nəticəsində 55 mindən çox adamın işinə son veriləcəyini açıqlayıblar.

Qeyd edək ki, HP işdən çıxarma planının icrasına 2012-ci ildə başlayıb və ilk mərhələdə 25 min işçinin ixtisar olunacağı deyilir.

İngilis versiyası HP preparing large reduction

Son xəbərlər

Orphus sistemi