"Hökumət Ödəniş Portalı" "e-Hökumət" portalına inteqrasiya edilib

"Hökumət Ödəniş Portalı" "e-Hökumət" portalına inteqrasiya edilib Artıq "Azəriqaz", "Azərsu", "Azəristilik", "Azərişıq" (Bakı), "Azərişıq" (Regionlar) üzrə ödənişləri də operativ şəkildə icra etmək mümkün olacaq
İKT
10 Sentyabr , 2015 20:37
Hökumət Ödəniş Portalı e-Hökumət portalına inteqrasiya edilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Milli Ödəniş Sisteminin yeni bir komponentinin - Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) konsepsiyası təsdiq edilib.

"Elektron Hökumət" portalından “Report”a verilən məlumata görə, MÖS infrastrukturunun növbəti inkişaf mərhələsində dövlət büdcəsinə ödənişlərin bankdan kənar nağd qaydada aparılmasının aradan qaldırılması, modern və çevik idarəetmənin təmin edilməsi üçün dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində, elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən xüsusi bir layihə həyata keçirilib və KÖMİS-in bazasında “Hökumət Ödəniş Portalı” (HÖP) yaradılıb.

Məlumatda bildiirlib ki, mövcud imkanlardan daha səmərəli istifadə edilməsi, bank xidmətlərinə çıxış imkanının artırılması, nağdsız ödənişlərdən istifadənin genişləndirilməsi məqsədilə "Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq sayəsində "Hökumət Ödəniş Portalı" yenilənərək "Elektron Hökumət" portalına inteqrasiya edilib.

Artıq portalda əks olunan "Kommunal" bölməsi vasitəsilə "Azəriqaz", "Azərsu", "Azəristilik", "Azərişıq" (Bakı), "Azərişıq" (Regionlar) üzrə ödənişləri də operativ şəkildə icra etmək mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi