“Google” istifadəçilərin maliyyə məlumatlarını toplayacaq

“Google” istifadəçilərin maliyyə məlumatlarını toplayacaq “Android Pay” və “Google Wallet” pulköçürmələri sistemindən istifadə edənlərin maliyyə informasiyası emal ediləcək
İKT
2 İyul , 2015 15:40
“Google” istifadəçilərin maliyyə məlumatlarını toplayacaq

Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ-ın “Google” internet şirkəti ödəniş əlavələri ilə bağlı informasiyanı izləmək üçün ayrıca servis yaradacaq. “Report”un məluatına görə, bu barədə “Payspacemagazine” yazır. 

“Google Payments” adlanan yeni xidmət mağazalarda alış-verişin ödənişi üçün “Android Pay” servisindən və “Google Wallet” pul köçürmələri sistemindən istifadə edən istifadəçilərin maliyyə informasiyasını emal edəcək.

Şirkət nümayəndəsi qeyd edib ki, "Google" ödənişlərlə əlaqədar yeni məhsul istifadəyə verməyə hazırlaşır. İstifadəçilərin ödənişləri izləyə biləcəkləri “Google” akkauntuna bağlı “payments.google.com” saytı yaradılacaq.

“Google Payments” servisində istifadəçilərin həyata keçirdikləri əməliyyatlar, hər hansı ödəniş kartının istifadə müddətinin başa çatması ilə bağlı mühüm məlumatlar təsvir olunacaq. Saytda istifadəçilər funksiyaları dəyişə və öz hesablarını idarə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi