​Facebook telefon danışıqlarına imkan verən “Phone” tətbiqini test edir

​Facebook telefon danışıqlarına imkan verən “Phone” tətbiqini test edir Facebook vasitəsilə zəng də etmək olacaq
İKT
24 Mart , 2015 10:24
​Facebook telefon danışıqlarına imkan verən “Phone” tətbiqini test edir

Bakı. 24 mart. REPORT.AZ/ Təxminən 1.5 mlrd. aktiv istifadəçisi olan Facebook bu dəfə telefon zənglərini öz funksiyalarına daxil etmək istəyir. “Report” xəbər verir ki, iddiaya görə şirkət bu sahədə xidmət verəcək yeni bir tətbiq inkişaf etdirmə işlərinə başlayıb.

Android əməliyyat sistemi ilə çalışan ağıllı telefonlara uyğunlaşdırılacaq "Phone" adlı bir tətbiq üçün işə başlayan sosial media nəhənginin bu tətbiq sayəsində istifadəçilərinə GSM operatorlarına bənzər bir xidmət verə biləcəyi açıqlanıb.

ABŞ-da yerləşən şirkətbir müddətdir ki, bu tətbiq üçün işlər icra edir. Tətbiqin sınaqları isə hələlik qapalı şəkildə, şirkət daxilində aparılır.

Son xəbərlər

Orphus sistemi