Ən çox axtarılan xaker ABŞ-da mühakimə olunacaq

Ən çox axtarılan xaker ABŞ-da mühakimə olunacaq Ercan Fındıkoğlunun ABŞ-da 247 ilə qədər həbs istəyi ilə mühakimə olunacağı bildirilir
İKT
25 İyun , 2015 13:01
Ən çox axtarılan xaker ABŞ-da mühakimə olunacaq

Bakı. 25 iyun. REPORT.AZ/ "Dünyanın ən çox axtarılan" kibercinayətkarı kimi tanınan türk əsilli xaker Ercan Fındıkoğlu mühakimə olunmaq üçün Almaniyadan ABŞ-a göndərilib.

“Report”un məlumatına görə, 23 ölkədə 10 saat içində bankomatlardan 40 mln. dollar nağd pul oğurlayan cinayətkar bir şəbəkənin rəhbəri olan E.Fındıkoğlunun ABŞ-da 247 ilə qədər həbs istəyi ilə mühakimə olunacağı bildirilir.

33 yaşındakı Fındıkoğlu 2013-cü ilin dekabrında Frankfurt aeroportunda (Almaniya) həbs olunub, amma xakerin vəkili E.Fındıkoğlunun ABŞ-a ekstradisiya edilməməsi və Almaniyada mühakiməsini tələb etdiyi üçün ABŞ-a göndərilməyib. Bu müddət ərzində davam edən prosesin nəticəsi olaraq Almaniyada Federal Konstitusiya Məhkəməsinin aldığı son qərara əsasən xaker dünən ABŞ-a ekstradisiya edilib.

ABŞ Federal Məhkəməsi E.Fındıkoğlunun əməllərini "qlobal bir cinayət" kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi