“Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları” təsdiqlənib

“Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları” təsdiqlənib Sənəddə yer alan qaydalar üç il müddətində mərhələlərlə yaradılması nəzərdə tutulmuş bir sıra məsələləri tənzimləyir
İKT
2 Yanvar , 2015 11:58
“Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları” təsdiqlənib

Bakı. 2 yanvar.REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nı təsdiqləyib. “Report” xəbər verir ki, sənəddə yer alan qaydalar üç il müddətində mərhələlərlə yaradılması nəzərdə tutulmuş “Elektron kənd təsərrüfatı” informasiya sisteminin ( EKTİS) təşkili, fəaliyyəti və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası məsələlərini tənzimləyir.

EKTİS təhlükəsizliyin və məlumatların mühafizəsinin təmin edilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi, müraciətlərin elektron formada qəbulunun, istifadəçiyə onun müraciətinin alındığı barədə bildirişin göndərilməsinin və cavablandırılmasının təmin edilməsi, iştirakçıların informasiya sistemləri və ehtiyatları arasında “Elektron hökumət” portalı vasitəsilə məlumat mübadiləsinin və uzlaşmanın təmin edilməsi prinsipləri əsasında fəaliyyət göstərəcək.

EKTİS-də Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin və bələdiyyə torpaqlarının sərhədləri, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kəmiyyət, keyfiyyət göstəriciləri, kənd təsərrüfatı yerləri (uqodiyalar) və torpaq istifadəçiliyi barədə məlumatlar, ortofoto planlar, ərazilərin peyk təsvirləri, kənd təsərrüfatı sahəsində dövlət büdcəsinin vəsaiti hesabına yardım alan və dövlət tərəfindən tətbiq olunan güzəştlərdən istifadə edən fiziki və hüquqi şəxslər barədə məlumatlar, fermer təsərrüfatları, onların identifikasiya nömrələri, kənd təsərrüfatı məhsulları istehsalçılarının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda tam adı, qanuni istifadəçilərinin soyadı, adı və atasının adı), ünvanı, fəaliyyət istiqamətləri, əlaqə vasitələri barədə məlumatlar, istehsalçı hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-i), kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılan subsidiyaların növləri, məbləği, ödəniş tarixləri, müxtəlif növ kənd təsərrüfatı heyvanlarının identifikasiyası üçün istifadə edilən məlumat və göstəricilər, kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, ehtiyat hissələrin, mineral gübrələrin, pestisidlərin, damazlıq mal-qaranın alınması, onların hüquqi və fiziki şəxslərə satılması və bu zaman həyata keçirilən ödənişlər barədə məlumatlar, kənd təsərrüfatı bitkilərinin və məhsullarının növləri, miqdarı, subsidiyaların verilməsi ilə bağlı ərizələr və s. məlumatlar əks etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi