"Elektron hökumət" portalının xidmətlərindən 1,4 mln. nəfər istifadə edib

"Elektron hökumət" portalının xidmətlərindən 1,4 mln. nəfər istifadə edib Portala müraciət edənlərin 30%-ni yeni istifadəçilər təşkil edib
İKT
10 Aprel , 2015 11:33
Elektron hökumət portalının xidmətlərindən 1,4 mln. nəfər istifadə edib

Bakı. 10 aprel. REPORT.AZ/ Aprelin 1-nə qədər "Elektron hökumət" portalının xidmətlərindən 1,4 mln. nəfərdən çox vətəndaş 8 mln. dəfədən çox istifadə edib. Bu dövrdə elektron xidmətlərin sayı 413-ə çatıb. "Report" xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) rəhbəri Nail Mərdanov bu gün keçirilən brifində bildirib.

Tədbirdə qeyd olunub ki, "Elektron hökumət" portalının istifadəyə verilməsindən 2015-ci il martın 31-dək portala 4 854 127 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı 1 452 488 nəfər olub. Bu dövr ərzində portala müraciət edənlərin 30%-ni yeni istifadəçilər, 70%-ni təkrar istifadəçilər təşkil edib.

Aprelin 1-ə qədər bütün qurumlar üzrə Fərdi məlumatların informasiya sistemləri və dövlət informasiya ehtiyatları Dövlət Reyestrinə daxil olunan məlumatların ümumi sayı isə 238 ədəd təşkil edib.

Son xəbərlər

Orphus sistemi