"Elektron Hökumət" portalının mobil versiyası istifadəyə verilib

"Elektron Hökumət" portalının mobil versiyası istifadəyə verilib Mobil platformanın ilkin versiyasından hələlik iOS əməliyyat sistemi ilə işləyən mobil qurğu sahibləri faydalana biləcəklər
İKT
30 Oktyabr , 2015 15:00
Elektron Hökumət portalının mobil versiyası istifadəyə verilib

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Elektron Hökumət" (www.e-gov.az) portalının mobil versiyası 20 elektron xidmətlə vətəndaşların istifadəsinə verilib. Portaldan “Report”a verilən məlumata görə, mobil əlavəyə giriş e-imza kartı, istifadəçi adı/şifrə, mobil İD vasitəsilə mümkündür.

Mobil əlavəyə giriş etdikdə qurumlar üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3 elektron xidmətindən istifadə edə bilərlər. Həmçinin, 6 adda e-arayış (çıxarış) da mobil versiyaya əlavə edilib.

Vətəndaşlar bu çıxarışlar vasitəsilə artıq istədikləri yerdən fərdi məlumatlarını tələb olunan quruma göndərə biləcəklər. Həmçinin, "Elektron Hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşlar kommunal, ipoteka, dövlət yol polisi tərəfindən tətbiq olunan cərimələri barədə real vaxt rejimində xəbər tuta biləcəklər. Bildirişlər hissəsində mövcud xidmətlər birbaşa “e-Hökumət” portalına bu yaxınlarda qoşulmuş “Hökumət Ödəniş Portalı”ndan inteqrasiya edilir. İstifadəçi sadəcə bildiriş almaq istədiyi xidmətin bildiriş funksiyasını aktivləşdirir. Mobil əlavədə istifadəçi məlumatları, favorit elektron xidmətlər və son yeniliklər barədə xəbərlər müvafiq bölmələrdə əks olunacaq.

Qeyd edək ki, "e-Hökumət" portalının mobil platformasının ilkin versiyasından hələlik iOS əməliyyat sisteminin idarəçiliyi altında işləyən mobil qurğu sahibləri faydalana biləcəklər.

Son xəbərlər

Orphus sistemi