"e-Hökumət" portalının "Android" üzərindən mobil versiyası istifadəyə verilib

"e-Hökumət" portalının "Android" üzərindən mobil versiyası istifadəyə verilib Portal üzərindən təqdim olunan 423 elektron xidmətdən 18-dən mobil cihazlarla istifadə etmək olar
İKT
5 May , 2016 14:09
e-Hökumət portalının Android üzərindən mobil versiyası istifadəyə verilib

Bakı. 5 may. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3 elektron xidmətini, həmçinin, 6 adda arayışı artıq mobil cihazlar vasitəsi ilə əldə etmək mümkündür. "Elektron hökumət" portalının mobil versiyası xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb. Bu da tətbiqdən istifadə rahatlığını təmin edir, həmçinin, internet trafikə qənaət edilməsinə səbəb olur.

"Report"un "e-Hökumət" portalına istinadən verdiyi məlumata görə, “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri ilk vaxtlar "Elektron hökumət" portalı üzərindən təqdim olunan 423 elektron xidmətdən 18-nə öz mobil cihazları vasitəsilə müraciət edə biləcək. Mobil əlavəyə giriş e-imza kartı, istifadəçi adı/şifrə, mobil İD vasitəsilə mümkündür.

Həmçinin, "e-Hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşlar kommunal, ipoteka, Dövlət Yol Polisi tərəfindən tətbiq olunan cərimələr barədə real vaxt rejimində xəbər tuta biləcəklər. Tətbiqin "istifadəçi məlumatları", "favorit elektron xidmətlər" və "son yeniliklər" kimi funksionallıqları var.

Mobil tətbiq vasitəsilə aidiyyəti suallarla bağlı 157 Zəng Mərkəzinə müraciət etmək mümkündür.

Qeyd edək ki, bu tətbiqi "Play Store"da "e-Hökumət" portalı yazıb axtarış etməklə, mobil qurğuya yükləmək olar.

Son xəbərlər

Orphus sistemi