​“Dəmirbank” texniki avadanlığın alınması üçün tender keçirir

​“Dəmirbank” texniki avadanlığın alınması üçün tender keçirir Azərbaycanın "Dəmirbank" ASC İT infrastrukturunun yenilənməsi ilə əlaqədar olaraq yeni texniki avadanlığı
İKT
17 Sentyabr , 2014 17:37
​“Dəmirbank” texniki avadanlığın alınması üçün tender keçirir

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbacanın "Dəmirbank" ASC İT infrastrukturunun yenilənməsi ilə əlaqədar olaraq yeni texniki avadanlığın alınması və quraşdırılması məqsədi ilə tender elan edib. Bu barədə “Report”a “Dəmirbank”ın mərkəzi ofisindən məlumat verilib.

Tenderin şərtlərinə görə, tender iştirakçılarından server avadanlığının dünyada tanınmış istehsalçılar tərəfindən müəyyən edilmiş, texniki şərtlərə, eləcə də konfiqurasiyalara uyğun satış və quraşdırma üzrə qiymət təkliflərinin təqdim edilməsi tələb olunur.

Digər tərəfdən məlumat mərkəzi üçün eyni konfiqurasiyalı serverlər olmalıdır və həmin konfiqurasiyalar bir məlumat mərkəzi üçün nəzərdə tutulub.

İştirakçılardan şəbəkə avadanlığının tanınmış istehsalçılar tərəfindən müəyyən edilmiş, texniki şərtlərə və konfiqurasiyalara uyğun satış və quraşdırmanın qiymət təkliflərinin təqdim edilməsi tələb olunur.

Məlumat saxlama sistemlərinə gəldikdə isə iştirakçılardan məlumat saxlama sistemləri üzrə müəyyən edilmiş, texniki şərtlərə və konfiqurasiyalara uyğun olaraq satış və quraşdırmanın qiymət təkliflərinin təqdim edilməsi tələb olunur.

İştirakçılar sentyabrın 23-dən gec olmayaraq tender sənədlərini təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi