​"Delta Telecom": IP-telefoniya xidməti axşama qədər bərpa olunacaq

​"Delta Telecom": IP-telefoniya xidməti axşama qədər bərpa olunacaq Şirkət xidmətin bərpa olunması üzərində işləyir
İKT
20 Noyabr , 2015 09:44
​Delta Telecom: IP-telefoniya xidməti axşama qədər bərpa olunacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanda bu həftənin əvvəlində internetin kəsilməsi nəticəsində fəaliyyətini dayandıran IP-telefoniya (internet telefoniya) xidməti bu axşama qədər bərpa olunacaq.

Bu barədə "Report"a “Delta Telecom” MMC-nin daxili xidmət rəhbəri Anar Gülməmmədov bildirib.

"IP-telefoniya xidməti göstərən şəhər telefon rabitəsi operatorları ilə bağlı yəqin ki, problem olmayacaq. Bu gün axşama qədər məsələnin həlli tamamlanacaq və proqram təminatının yenilənməsi yekunlaşacaq. Telefonlar fərdi nömrələrə bağlı olduğuna görə, onlar yenidən yazılır və yüklənilir. Hazırda bu xidmətin təxminən 60-70%-i işləyir və bu, sadəcə olaraq texniki bir problemdir", - deyə A.Gülməmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi