​"CRM Group": Azərbaycanda CRM-sistemlərə tələbat xeyli artıb - MÜSAHİBƏ

​"CRM Group": Azərbaycanda CRM-sistemlərə tələbat xeyli artıb - MÜSAHİBƏ Sadəcə "Excel" proqramı ilə irəli getmək və tərəqqi əldə etmək mümkün deyil
İKT
12 Fevral , 2016 12:25
​CRM Group: Azərbaycanda CRM-sistemlərə tələbat xeyli artıb - MÜSAHİBƏ

Bakı. 12 fevral. REPORT.AZ/ "CRM Group" şirkətinin direktoru Ramin Süleymanovun "Report"a müsahibəsi:

- "CRM Group" şirkət haqqında ətraflı məlumat verərdiniz...

- "CRM Group" şirkəti Azərbaycanda 2009-cu ildən fəaliyyət göstərir. Şirkətimiz biznes xidmətləri, CRM-sistemlər, WMS Sistemləri, ERP Sistemləri, HRM Sistemləri, analitik sistemlər, Monitorinq və İT-infrastrukturun idarə edilməsi, İТ-autsorinq sahələri üzrə ixtisaslaşıb. Şirkətin dövlət və özəl qurumlarla həyata keçirdiyi layihələrində həm yerli, həm də xarici ekspert və analitiklər iştirak edirlər. "CRM Group"un Türkiyə və Dubayda da bölmələri fəaliyyət göstərirlər."CRM Group" dünya liderləri olan "Microsoft", "Oracle", "1C", "TerraSoft" kimi brendlərin rəsmi nümayəndəsidir.

- Azərbaycanda fəaliyyətiniz əsasən nədən ibarətdir?

- Biz Azərbaycanda maliyyə, istehsalat, telekommunikasiya, sığorta, bank, biznesin bütün sahələrində müştəri əlaqələri menecmenti (CRM) və marketinq, proqram təminatları, analitik sistemlər, güclü konsultant komanda ilə birgə CRM-sistemlər, WMS Sistemləri, ERP Sistemləri, HRM Sistemlərin tətbiqini təklif edirik. Həmçinin dövlət qurumları və özəl sektorda biznes sistemlərinin yaradılması və qurulmasına qədər bir çox layihələr həyata keçirmişik.

Hazırda aktual olan və bazarın tam tələbatı olan CRM və Marketinq tam gücü ilə inkişaf edir. Azərbaycanda 99% şirkətin marketinq departamentləri iş prosesini "Excel" proqramında aparırlar. Lakin artıq dünyanın inkişaf etmiş ölkələri CRM və Marketinq sistemindən geniş istifadə edirlər. Azərbaycanda da məhz bu sistemin istifadə edilməsi tələbi yaranır. Odur ki, Azərbaycan da bu sistemlər geniş tətbiq edilməlidir. Çünki sadəcə "Excel" proqramı ilə irəli getmək və tərəqqi əldə etmək mümkün deyil.

- Azərbaycanda iqtisadiyyatın hansı seqmenti bu yeniliyə maraq göstərir və tətbiq edir?

- Bizim şirkətin partnyorlarından biri olan "Terrasoft" brendi Azərbaycanda artıq 5 banka - "Bank Respublika", "Nikoil Bank", "Kapital bank", "AG Bank" və "Bank Standart"da tətbiq edilir. Bu məhsullardan kreditlərin verilməsi və kredit portfellərinin yoxlanılmasında istifadə olunur.

Biz CRM sistemi üzərindən müştərini tam olaraq 360 dərəcə analizini etmə imkanı yaradırıq, yəni müştərinin nəyi xoşladığını, tələbatının nə olduğunu, müştəri cəlb etməyin yollarının təhlil edir və öz təkliflərimizi edirik.

Son 1 ayda ötən ilə nisbətən CRM və marketinq sisteminə həddindən artıq çox tələb var. Bu istər bank, istərsədə özəl şirkətlərin böyük marağındadır. Biz özəl sektora müştərilərini itirməmək, öz yaxşı müştərlərini qoruyub saxlamağın yollarını, ümumiyyətlə, tələbatlarına uyğun olanları araşdırıb təqdim etmək üçün həllər təqdim edirik.

Hazırda bazarda bir çox şirkətlər anlayırlar ki, güclü CRM və marketinq xidməti onların bazarda qalıb fəaliyyət göstərməsi üçün çox vacibdir, buna daha da yaxınlaşırlar. Artıq özəl sektordan böyük tələblər müşahidə edilir. Onlarla hazırda intensiv danışıqlar aparılır. Pərakəndə satış, istehsalat sahələrində də artıq böyük tələbat müşahidə edilir.

- Azərbaycandan savayı digər ölkələrdə də fəaliyyətinizi genişləndirirsinizmi?

- Əlbəttə ki. Bizim hazırda Türkiyə və Dubayda da bölmələrimiz fəaliyyət göstərir. Yeni istiqamət kimi isə mərkəzi və orta şərqi Asiya ölkələrini götürmüşük. Habelə yaxın 6 ay ərzində Küveyt, Bəhreyn, İran, Səudiyyə Ərəbistan kimi ölkələrdə genişlənmək planlarımız var.

- Bakıda bu sistemi daha çox tanıtmaq üçün hansısa tədbirlər nəzərdə tutulubmu?

- Bəli, "CRM Group" təşkilatçılığı ilə Bakıda martın 1-də maliyyə sektorunda müştəri əlaqələri menecmenti (CRM) və Marketinqinə həsr olunmuş seminar keçiriləcək. Tədbirin əsas müzakirə mövzusu Azərbaycanda maliyyə sektorunda CRM və Marketinq sisteminin inkişafı, bu gün banklarda "debt collection"un tətbiqi, problemli kreditlərlərin idarə olunması, bank məhsullarının (proqram təminatları) bu sahədə rolu, front-həllər, Azərbaycanda yeni Rabitə / Biznesin Avtomatlaşdırma Sistemlərinin (ERP/CRM) qurulması və s. olacaq. Tədbirin birinci hissəsində "TerraSoft" şirkətinin mütəxəssisləri çıxış edəcəklər. Rusiya və Ukraynadan gələn mütəxəssislərin iştirak edəcəkləri seminar əsasən maliyyə menecerləri, biznesin inkişafı menecerləri, büdcə və proqnozlaşdırma, müştəri əlaqələri menecmenti sahəsində məşğul olan iş adamları üçün xüsusi maraq kəsb edəcək. Tədbirdə müştərinin cəlb olunması, saxlanılması və stimulun inkişafı məsələlərinə də yer ayrılacaq.

Bu il mayın sonu iyunun əvvəlində isə iqtisadiyyatın bütün sektorunu əhatə edəcək yeni konfrans keçirmək niyyətindəyik. Bu tədbirin əsas mövzsu maliyyə sistemini əhatə edəcək. Tədbirə iqtisadiyyatın bütün sektorlarının mütəxəsisləri dəvət olunacaq, bir neçə brendlərimiz təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi