"Code Academy"də ilk dərslər başlayır

"Code Academy"də ilk dərslər başlayır Proqrama 100-ə yaxın müraciət olub
İKT
24 İyun , 2015 17:49
Code Academydə ilk dərslər başlayır

Bakı. 24 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar Parkında fəaliyyətə başlayan “Code Academy”ə müraciətlər davam edir. İKT sektorundakı ehtiyaca uyğun real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən “Code Academy”də (www.codeacademy.az) iyunun 29-da ilk dərslər başlayacaq.

"Report" xəbər verir ki, həmin gün başlayacaq proqrama artıq 100-ə yaxın müraciət daxil olub. Qəbul seçimlədir. “Code Academy”də 12 həftəlik (1 həftə onlayn + 10 həftə intensiv master-klaslar + 1 həftə karyera planlaşdırması) proqramla veb-proqramlaşdırmanın əsas biliklərini öyrənərək iştiralçılar artıq öz layihəsini yaradacaq. Həmçinin, proqram müddəti boyunca real layihələr üzərində çalışaraq əldə olunan biliklər real iş şəraitində tətbiq ediləcək.

Bununla yanaşı, “Code Academy” karyera planlaşdırmasına da kömək edəcək. Karyera qurmaq üçün proqramın sonunda bir həftəlik master-klasla iştirakçılar həm müsahibələrə hazırlaşacaq, həm də böyük şirkətlərlə görüşəcək.

Proqrama fundamental kompüter bilikləri və böyük həvəsi olan hər kəs müraciət edə bilər.

Son xəbərlər

Orphus sistemi