​Bu il Naxçıvanda 1361 abunəçi internetlə təmin olunub

​Bu il Naxçıvanda 1361 abunəçi internetlə təmin olunub Muxtar respublikada 679 yeni telefon nömrəsi istismara verilib
İKT
20 Aprel , 2016 09:14
​Bu il Naxçıvanda 1361 abunəçi internetlə təmin olunub

Bakı. 20 aprel. REPORT.AZ/ Bu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasında 679 yeni telefon nömrəsi istismara verilib.

"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi bildirib.

Genişzolaqlı “Asinxron Rəqəmsal Abunəçi Xətləri” texnologiyası vasitəsilə 1361 abunəçi internetlə təmin olunub. Abunəçilərə rabitə və internet xidməti göstərən “Naxtel”in imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rüb ərzində daha 14 baza stansiyası qurulub və 4-cü nəsil baza stansiyaların sayı 95-ə çatdırılıb. Muxtar respublikada Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilib. Bunun üçün müvafiq proqram təminatı hazırlanıb və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində server qurulub. Bu günədək 75 idarə və təşkilat İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub. “Naxçıvanpoçt” MMC-nin elektron şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulması prosesi də başa çatdırılıb, sistemə qoşulan bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılmasına başlanılıb. 

Son xəbərlər

Orphus sistemi