Bu gün "Apple Watch"un təqdimatı keçiriləcək

Bu gün "Apple Watch"un təqdimatı keçiriləcək Bu axşam canlı yayımlanacaq tədbirdə "Apple" saatları ilə yanaşı, "iOS 8.2" mobil əməliyyat sisteminin də təqdim olunacağı gözlənilir
İKT
9 Mart , 2015 13:52
Bu gün Apple Watchun təqdimatı keçiriləcək

Bakı. 9 mart. REPORT.AZ/ "iPhone 6" telefonlarının təqdimatında haqqında danışılan “Apple Watch” saatı bu axşam texnologiya dünyasına təqdim olunacaq.

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, şirkət milyonların maraqla gözlədiyi "ağıllı" saat haqqında ilk dəfə sentyabr ayında qismən məlumat verib.

“Apple” nəhayət cihaz üzərindəki tamamlama işlərinə yekun vurub və satış mərhələsinə gətirib. Məhsulu satışa çıxmazdan əvvəl bu axşam geniş bir tədbirlə ictimaiyyətə təqdim edib, xüsusiyyətləri və detalları barədə məlumat verəcək. Tədbir “Apple”in internet saytı üzərindən canlı olaraq yayımlanacaq və "OS X v10.6.8", "iOS 6" və yuxarı yüklü cihazlar ilə ikinci və üçüncü nəsil “Apple TV”lərdən canlı olaraq izlənilə biləcək.

Məlumatda qeyd olunub ki, təqdimatda “iOS”un yeni - "iOS 8.2" mobil versiyası da təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi