BTRİB paytaxtdakı quyuları texniki normalara uyğunlaşdırır

BTRİB paytaxtdakı quyuları texniki normalara uyğunlaşdırır İstehsalat Birliyi hər bir müəssisənin tələbatına cavab verən kabel-kanal sistemi yaradacaq
İKT
8 İyun , 2016 17:41
BTRİB paytaxtdakı quyuları texniki normalara uyğunlaşdırır

Bakı. 8 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (BTRİB) kabel-kanal sistemində qeydə alınan çatışmazlıqların aradan qaldırılmasını davam etdirir.  RYTN-dən "Report"a daxil olan məlumata görə, hazırda paytaxtda xeyli sayda quyu texniki normalara uyğunlaşdırılıb. Bütün normativ tələblərə cavab verən, keyfiyyətli və davamlı rabitəni təmin edən, istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların tələbatına cavab verən kabel-kanal sistemi yaradılacaq.

Qeyd edək ki, sistemin uzun illər normativə uyğun düzgün istismar edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz etmişdir. Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir.

BTRİB-in balansında və istismarında 16 900 müxtəlif ölçülü quyu, 1 820 km telefon kanalizasiyası və 4 006 km kabel kanalı var.

Son xəbərlər

Orphus sistemi