BSA: Azərbaycanda istifadə olunan proqram təminatının 84%-i qeyri-leqaldır

BSA: Azərbaycanda istifadə olunan proqram təminatının 84%-i qeyri-leqaldır BSA-nın əvvəlki tədqiqatı ilə müqayisədə piratçılığın səviyyəsi 1% azalıb
İKT
26 May , 2016 12:34
BSA: Azərbaycanda istifadə olunan proqram təminatının 84%-i qeyri-leqaldır

Bakı. 26 may. REPORT.AZ/ Kiberhücumların yüksək risklərinə baxmayaraq, Azərbaycanın kompüter istifadəçilərinin əksər hissəsi kompüterlərinə qanunsuz proqram təminatının quraşdırılmasını davam etdirir.

"Report" xəbər verir ki, bu barədə BSA (Proqram Təminatı İstehsalçıları Assosiasiyası) tərəfindən keçirilmiş yeni “Proqram təminatı üzrə qlobal tədqiqat”ında (“2016 Global Software Survey”) qeyd olunub.

Builki tədqiqat göstərir ki, Azərbaycanda kompüterlərə quraşdırılmış proqram təminatının 84%-i qeyri-leqaldır. BSA-nın əvvəlki tədqiqatı ilə müqayisədə ölkədə piratçılığın səviyyəsi cəmi 1% azalıb: 2014-cü ildə bu göstərici 85% olub.

Lisenziyasız proqram təminatının səviyyəsini azaltmağa cəhd göstərən digər postsovet ölkələrində bu göstərici 1-6% civarında azalıb. Ən yüksək nəticəni Gürcüstan əldə edib – 6%. Şimali Amerika əvvəllər olduğu kimi öz regionunda ən aşağı göstəriciyə malikdir - 17%. Qərbi Avropada ümumi göstərici 1% azalaraq 28% təşkil edib.

Regionun digər ölkələrində piratçılığın səviyyəsi bu cürdür: Rusiyada - 64%, Latviyada - 49%, Litvada - 51%, Polşada - 48%, Estoniyada - 42%.

BSA-nın tədqiqatına əsasən, dünya üzrə 2015-ci ildə kompüterlərə quraşdırılmış proqram təminatlarının 39%-i lisenziyasız olub. Əvvəlki illər üzrə hazırlanan tədqiqatların nəticələri ilə müqayisədə bu göstərici 4% azalıb. “Microsoft”un Kibercinayətlərlə Mübarizə üzrə Beynəlxalq Mərkəzin məlumatına görə, MDB vətəndaşlarının 80%-ə yaxını keçmişdə cinayətkarlıqla rastlaşıb, kiçik və orta biznesin 97,5%-i isə ildə ən azı bir dəfə kibertəhlükəyə məruz qalıb.

Son xəbərlər

Orphus sistemi