Bəzi dövlət qurumlarının internet saytlarına girişlə bağlı məhdudiyyətlər aradan qaldırılıb - YENİLƏNİB

Bəzi dövlət qurumlarının internet saytlarına girişlə bağlı məhdudiyyətlər aradan qaldırılıb - YENİLƏNİB Xüsusi Dövlət Mühafizə Xidməti profilatik tədbirlər görüb
İKT
31 Yanvar , 2015 13:07
Bəzi dövlət qurumlarının internet saytlarına girişlə bağlı məhdudiyyətlər aradan qaldırılıb - YENİLƏNİB

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycanın bəzi dövlət qurumlarının rəsmi internet saytlarına girişlə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Bu barədə "Report"a rabitə və yüksək texnologiyaları nazirinin müşaviri Müşfiq Əmirov bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər Xüsusi Dövlət Mühafizə Xidmətinin apardığı profilatik işlərlə əlaqədar olub. Belə ki, haker hücumları və başqa problemlərlə əlaqədar olaraq Xüsusi Dövlət Mühafizə Xidməti profilatik tədbirlər görüb: "Buna görə də bəzi dövlət qurumlarının saytlarına giriş məhdudlaşdırılmışdı. Amma indi saytlara giriş normaldır".

***

ilk xəbər saat 11:29-da yayımlanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycanın bəzi dövlət qurumlarının rəsmi internet saytlarına daxil olmaqda problem yaranıb. "Report"un verdiyi məlumata görə, bu sıraya Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və digərləri aiddir. Bir çox provayderlər vasitəsilə həmin saytlara daxil olmaq mümkün deyil.

Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov "Report"a bildirib ki, bəzi dövlət qurumlarının saytlarına girişin məhdudlaşdırılmasının səbəbləri bəlli deyil: "Hazırda həmin səbəblər araşdırılır".

Son xəbərlər

Orphus sistemi