​Belarusun rabitə və informasiyalaşdırma naziri "Azərkosmos"da olub

​Belarusun rabitə və informasiyalaşdırma naziri "Azərkosmos"da olub "Azərkosmos" və "BELİNTERSAT" arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
İKT
2 Aprel , 2015 11:01
​Belarusun rabitə və informasiyalaşdırma naziri Azərkosmosda olub

Bakı. 2 aprel. REPORT.AZ/ Dünən Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib.

“Report” ASC-nin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı qonaqlara “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklərin istehsalı, orbitə çıxarılması və sığortalanması barədə geniş məlumat verilib. Nazirə, həmçinin "Azerspace-1" peykinin idarə olunması, şirkətin fəaliyyətinin kommersiya aspektləri, müştəri xidmətləri və peyk üzərindən yayımlanan kanallar barədə bilgi verilib. Binanın texniki infrastrukturu ilə tanış olan qonaqlar idarəetmə mərkəzini yüksək qiymətləndiriblər.

Görüş zamanı "Azərkosmos" və Belarusun peyk operatoru olan "BELİNTERSAT" arasında əməkdaşlığın perspektivləri, 2016-cı ildə orbitə qaldırılacaq "BELİNTERSAT-1" peykini idarə edəcək operatorun formalaşdırılmasında "Azərkosmos"un təcrübəsindən yararlanmaq imkanları müzakirə olunub. Dostluq və qarşılıqlı anlaşma mühitində keçən görüşün sonunda nazirə "Azerspace-1" peykinin modeli hədiyyə olunub.

Son xəbərlər

Orphus sistemi