​"Bakıelektrikşəbəkə" xüsusi mobil həll istifadəyə verib

​"Bakıelektrikşəbəkə" xüsusi mobil həll istifadəyə verib Bu proqramla ödəmələri həyata keçirmək və elektron müraciətdən yararlanmaq olar
İKT
2 Oktyabr , 2014 14:08
​Bakıelektrikşəbəkə xüsusi mobil həll istifadəyə verib
Bakı. 2 oktyabr.REPORT.AZ/ "Bakıelektrikşəbəkə" ASC abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə yeni bir layihəyə start verib.

ASC-dən "Repot"a verilən məlumata görə, smartfon və android tipli mobil qurğu istifadəçiləri üçün xüsusi mobil həll (application) istifadəyə verilib. Belə ki, bu proqramı mobil telefona yükləməklə müştərilər ödəmələrini həyata keçirə bilər, həmçinin, elektron müraciətdən yararlana bilərlər.

Qeyd edək ki , proqram üç dildə (Azərbaycan, rus və ingilis) istifadəyə verilib. “BesMobile” proqramını “PlayStore”dan ödənişsiz yükləmək olar.

Son xəbərlər

Orphus sistemi