Bakıda azərbaycanlı startapçılar arasında “Seedstars World” müsabiqəsinin yerli seçimi keçiriləcək

Bakıda azərbaycanlı startapçılar arasında “Seedstars World” müsabiqəsinin yerli seçimi keçiriləcək Seçimin qalibləri bu ümumdünya yarışmasında 500 min dollar məbləğində sərmayə uğrunda mübarizə aparacaq
İKT
3 Avqust , 2015 17:06
Bakıda azərbaycanlı startapçılar arasında “Seedstars World” müsabiqəsinin yerli seçimi keçiriləcək

Bakı. 3 avqust. REPORT.AZ/ Avqustun 7-12-də Bakıda azərbaycanlı "startup"çılar arasında “Seedstars World” müsabiqəsinin yerli seçimi keçiriləcək.

“Report”un “Azercell”ə istinadən verdiyi xəbərə görə, seçim mərhələsinin qalibləri bu ümumdünya yarışmasında Azərbaycanı təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansı qazanacaqlar.

“Seedstars World” startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.

Ötən il "Seedstars World" 36 ölkəni əhatə edirdisə, artıq 2015-ci ildə iştirakçı ölkələrin sayı 50-yə çatıb. Müsabiqənin sabiq iştirakçıları dünya üzrə 360-dan artıq iş yeri yaratmaqla, öz layihələrinə ümumilikdə 20 mln. dollar həcmində sərmayə cəlb edib.

“Azercell Telekom” MMC sözügedən Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin "Seedstars" şirkəti ilə tərəfdaşlıq edir.

Avqustun 7-də başlayacaq Ümumdünya Startap Müsabiqəsinin yerli seçimləri “Azercell”in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və ADA Universitetinin təşkilatı dəstəyi ilə keçirilir. Qaliblər 2016-cı ilin fevralında İsveçrədə keçiriləcək Ümumdünya Startup Yarışmasının finalında iştirak etmək, Avropa və dünya investorları qarşısında layihələrini təqdim edərək investisiya almaq imkanı qazanacaq.

Son xəbərlər

Orphus sistemi