​Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri işdən çıxarılıb

​Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri işdən çıxarılıb Onun sabiq milli təhlükəsizlik nazirinin qohumu olduğu iddia edilir
İKT
21 Oktyabr , 2015 16:19
​Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri işdən çıxarılıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub.

Bu xəbəri "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təsdiq ediblər.

Məlumata görə, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb.

Qeyd edək ki, KİV-də B.Hüseynovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi