Bakı Nəqliyyat Agentliyi kortirovka sorğusu elan edib

Bakı Nəqliyyat Agentliyi kortirovka sorğusu elan edib Agentlik müsabiqəni informasiya texnologiyaları avadanlığının satınalınması üçün həyata keçirir
İKT
14 İyul , 2016 19:36
Bakı Nəqliyyat Agentliyi kortirovka sorğusu elan edib

Bakı. 14 iyul. REPORT.AZ/ Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi informasiya texnologiyaları avadanlığının satınalınması məqsədilə kortirovka sorğusu elan edir.

"Report"un məlumatına görə, sorğuda zəruri parametrlərə uyğun 9 ədəd notebook, 1 ədəd printer, 2 ədəd qrafika üzrə personal kompüter və 2 ədəd monitor alınması tələb olunur.

Kortirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi və digər zəruri sənədlər iyulun 20-si saat 12:00-dək Bakı şəhəri, H. Əliyev prospekti 137 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinin (Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi MMC-nin) inzibati binasına təqdim edilməlidir. 

Son xəbərlər

Orphus sistemi