"Bakcell" və "Wayra UK" yerli sahibkarlara ideyalarını təqdim etmək və investisiyalar əldə etmək imkanı yaradıb

"Bakcell" və "Wayra UK" yerli sahibkarlara ideyalarını təqdim etmək və investisiyalar əldə etmək imkanı yaradıb Bu məqsədlə tərəflər müsabiqə elan ediblər
İKT
4 Mart , 2016 11:37
Bakcell və Wayra UK yerli sahibkarlara ideyalarını təqdim etmək və investisiyalar əldə etmək imkanı yaradıb

Bakı. 4 mart.REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi bir hissəsi olan "Wayra UK" şirkəti ilə birlikdə Azərbaycanın bütün gənc developer və sahibkarları öz ideyalarını təqdim etmək üçün müsabiqədə (pitch day) iştirak etməyə dəvət edir.

"Bakcell"dən "Report"a daxil olan məlumata görə, "Applab" layihəsi innovasiyaların inkişaf etdirilməsini və Azərbaycanın bütün gənc developerləri və sahibkarları üçün yeni imkanların yaradılmasını qarşısına məqsəd qoyur. "Applab" və "Wayra UK" şirkəti informasiya texnologiyaları sahəsindən olan bütün yerli startapları öz ideyalarını təqdim etmək üçün müsabiqədə (pitch day) iştirak etməyə dəvət edir. Seçilmiş ideyalar/layihələr "Applab"ın akselerasiya proqramında iştirak etməyə dəvət olunacaq və bu, onların "Wayra UK" tərəfindən maliyyələşdirilməsinə potensial imkan yaradacaq.

İdeyalar martın 13-dək [email protected] ünvanına təqdim olunmalıdır.

“Applab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Ötən bir il ərzində proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib. Bu günə qədər “Applab” layihəsi çərçivəsində təqdim olunan 150-dən çox ideyanın qəbul əmsalının 10%-dən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.

“Applab” layihəsinin çərçivələri daxilində və xaricində bu cür yeni və parlaq ideyaların meydana gəlməsini müşahidə etmək olduqca sevindirici haldır. Biz oyunlar, təhsil, səyahət və turizm, məhsuldarlıq, musiqi, kitablar və digər məqsədlər üçün yaradılmış müxtəlif proqramlar gördük. "Bakcell" bu proqramları yaratmaq üçün iş məkanı və alətlər təqdim etməklə yanaşı gənc istedadları təlimatlandırır, onlara ideyalarını monetizasiya edə bilməsi məqsədilə biznes yanaşmasını aşılayır”, - deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

"Bakcell" və "Wayra UK" şirkətləri arasında əməkdaşlıq 2015-ci ilin sonunda başlayıb. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. "Wayra UK" qlobal sahibkarlıq və innovasiya şəbəkəsi olan “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi tanınan bir hissəsidir. "Applab", "Bakcell" və "Wayra UK" Azərbaycanın bütün gənc developerlərinə və sahibkarlarına öz ideyalarını təqdim etmələrinə və müdafiə etmələrinə imkan yaradır.

“Applab” icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.

Son xəbərlər

Orphus sistemi