​"Bakcell" şirkəti yeni xidmətin tətbiqinə başlayıb

​"Bakcell" şirkəti yeni xidmətin tətbiqinə başlayıb İlkin mərhələdə bu xidmət Bakı şəhərinin böyük hissəsini əhatə edəcək
İKT
5 May , 2015 12:55
​Bakcell şirkəti yeni xidmətin tətbiqinə başlayıb

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti bu gün "4-cü Sür@" brendinin 4G/LTE xidmətinin kommersiya istifadəyə verildiyini elan edib. "Report" xəbər verir ki, ilkin mərhələdə bu xidmət Bakı şəhərinin böyük hissəsini əhatə edəcək.

Şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib ki, dünya üzrə 4G/LTE xidmətinin tətbiqi üçün 11 tərəfdaş var: "Şəbəkə yüksək tələbatın və 4G texnologiyasını dəstəkləyən cihazların kifayət qədər olduğu bütün əraziləri əhatə etməlidir".

"Bakcell" şirkətinin təqdim etdiyi 1 800 MHz tezlik diapazonunda mövcud olan və 150 Mbit/saniyəyə çatan sürəti dəstəkləyən 4G/LTE şəbəkəsi ilə abunəçilər öz mobil cihazlarında multimedia xidmətlərindən, mobil televiziyadan, videokonfranslardan, müxtəlif onlayn oyunlardan daha rahat istifadə etmək imkanına malik olur.

Son xəbərlər

Orphus sistemi