"Bakcell" nömrələrinin balansını Rusiyada elektron pul kisəsi vasitəsilə artırmaq mümkündür

"Bakcell" nömrələrinin balansını Rusiyada elektron pul kisəsi vasitəsilə artırmaq mümkündür Bunun üçün xüsusi linkə daxil olmaq lazımdır
İKT
17 Oktyabr , 2016 17:51
Bakcell nömrələrinin balansını Rusiyada elektron pul kisəsi vasitəsilə artırmaq mümkündür

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti yeni beynəlxalq balansartırma xidmətinin istifadəyə verildiyini elan edib. 

Şirkətdən "Report"a daxil olan məlumata görə, bu xidmət Rusiya ərazisindən "Bakcell" nömrəsinin balansını asanlıqla artırmaq imkanı verir.

Ödənişləri həyata keçirmək üçün Rusiyanın istənilən mobil operatorunun elektron pul kisəsi xidmətini istifadə edən abunəçilər sadəcə http://payfon24.ru/shop/401032 keçidinə daxil olub, açılan səhifədə göstərilən sadə təlimatları yerinə yetirməlidirlər. "Bakcell" nömrəsinin balansına yüklənən vəsait Rusiya Mərkəzi Bankının valyuta mübadiləsi məzənnəsinə uyğun olaraq rublun manata konvertasiyası yolu ilə həyata keçiriləcək.

Qeyd edək ki, "Bakcell" Azərbaycanda bu cür xidmətləri göstərən ilk şirkətdir. Bu layihənin başlıca məqsədi "Bakcell" xidmətlərini Azərbaycan vətəndaşlarının tez-tez səfər etdiyi ölkələrdə, xüsusilə azərbaycanlı icmaların (diasporun) yaşadığı ölkələrdə daha əlçatan etməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi