"Bakcell"in yeni satış və xidmət mərkəzinin açılışı olub

"Bakcell"in yeni satış və xidmət mərkəzinin açılışı olub Xidmət Mərkəzində abunəçilərə tam çeşiddə xidmətlər təqdim olunur
İKT
9 Oktyabr , 2015 15:33
Bakcellin yeni satış və xidmət mərkəzinin açılışı olub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti abunəçilərinə göstərdiyi xidmətlərin daim əlçatan olması məqsədilə Lənkəran şəhərində yeni konsept və dizaynda olan Xidmət Mərkəzini istifadəyə verib.

"Report"un məlumatına görə, H.Aslanov xiyabanı, 6 ünvanında yerləşən Xidmət Mərkəzində "Bakcell" abunəçilərinə tam çeşiddə xidmətlər təqdim olunur.

“Ölkədə ən üstün şəbəkəyə malik olan "Bakcell" şirkətinin baza stansiyalarının sayı bütün ölkə ərazisində sürətlə artır. Buna uyğun olaraq biz satış və xidmət mərkəzlərimizin şəbəkəsini də genişləndiririk.“Bakcell”in 2G şəbəkəsi Lənkəran əhalisinin 99%-ni, 3G şəbəkəsi isə 97%-ni əhatə edir. İnternet penetrasiyasi isə 60% ətrafındadır. Bu zonada "Bakcell" abunəçilərinin 42%-nin smartfon istifadəçiləri olduğunu nəzərə alsaq, yüksək sürətli mobil internet faktorunun burada nə qədər önəmli olduğunu görərik. "Bakcell" şirkəti Azərbaycanın cənub bölgəsində öz fəaliyyətini genişləndirmək məqsədilə həm şəbəkəyə, həm də satış və xidmət mərkəzlərinin qurulmasına investisiya yatırmağa davam edir”,- "Bakcell" şirkətinin baş satış direktoru Fedja Hadzic bildirib.

Yeni Xidmət Mərkəzinin açılışı ilə əlaqədar olaraq buradan yeni nömrə əldə edən abunəçilərə əlavə olaraq 30 dəqiqə həcmində danışıq hədiyyəsi təqdim olunacaq. Bu hədiyyə ilə satışa çıxarılan nömrələrin sayı məhduddur.

"Bakcell" şirkəti 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Bakcell Müştəri Xidmətləri Mərkəzləri haqqında məlumat almaq üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/contact-us/customer-care-offices

Qeyd edək ki, "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. "Bakcell", Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan "Bakcell" şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin93%-ni əhatə edir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçünwww.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi