​“Bakcell” yeni innovativ layihənin icrasına başlayıb

​“Bakcell” yeni innovativ layihənin icrasına başlayıb Hazırda iki şirkət korporativ müştəri-şirkət münasibəti çərçivəsində əməkdaşlıq edir
İKT
16 May , 2016 20:19
​“Bakcell” yeni innovativ layihənin icrasına başlayıb

Bakı. 16 may. REPORT.AZ/ “Telekommunikasiya sahəsində fəaliyyət göstərən iki şirkət arasında əməkdaşlıq gələcəkdə yalnız korporativ müştəri-şirkət münasibəti çərçivəsində məhdudlaşmayacaq və birgə daha maraqlı, innovativ layihələrə imza atılacaq”. “Report” “Bakcell”ə istinadən xəbər verir ki, bunu “Caspian Telecom” MMC-nin sədr müavini Mahizər Tağıyeva bildirib.

Onun sözlərinə görə, “Caspian Telecom” “Bakcell” şirkəti ilə 2009-cu ildən əməkdaşlığa başlayıb: "Bu illər ərzində şirkət bizə qarşı münasibətdə yüksək standartlara cavab verən korporativ müştəri xidmətlərini təmin edib, fərdi yanaşma və çevik qiymət siyasətini həyata keçirib. Bu səbəbdən bir korporativ müştəri olaraq, biz digər şirkətlərə də “Bakcell”in xidmətlərindən istifadə etməyi tövsiyə edirik”.

“Bakcell”in baş marketinq və satış direktoru Fedja Hadziç isə deyib ki, “Caspian Telecom” kimi müştəri ilə əməkdaşlıq etmək şirkət üçün olduqca xoşdur: "Bizim korporativ müştərimiz olmaqla yanaşı, bu şirkətin innovativ layihələrin dəstəklənməsinə olan peşəkar münasibəti və istəyi bizə insanları onların həyatını daha da asanlaşdıran qabaqcıl texnologiya və nadir təkliflərlə təmin etmək üçün bimkan yaradır. Bizim şirkətlərimizin məqsədi eynidir, yəni müştərilərimizə onların xərclədiyi pulun müqabilində daha çox dəyər veririk. Biz hər bir korporativ müştərimizlə eyni təcrübəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Caspian Telecom” MMC (“Ailə TV” ticarət nişanı) uzun illərdir özəl və dövlət qurumlarına, bank sektoruna fiber optik texnologiya bazasında ən müxtəlif İnformasiya və Kommunikasiya Texnologiyaları xidmətləri göstərir. Faliyyətində yüksək texnologiyalardan istifadə edən şirkət mobil operator seçimində də öz prinsiplərinə sadiq qalaraq, üstün şəbəkə və geniş əhatə dairəsinə malik olan “Bakcell”ə üstünlük verib.

Son xəbərlər

Orphus sistemi