"Bakcell" bahar lotereyasının nəticələrini elan edib

"Bakcell" bahar lotereyasının nəticələrini elan edib Mançester şəhərinə iki nəfərlik səyahət kuponu udulub
İKT
16 İyun , 2015 15:07
Bakcell bahar lotereyasının nəticələrini elan edib

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “Ulduzum” bahar lotereyasının nəticələrini elan edib. Şirkətdən “Report”a verilən məlumata görə, “Ulduzum” proqramının tərəfdaşları olan Hesab.az, Megafun və 189 Taksi Xidmətinin iştirakı ilə keçirilən lotereya martın 17-dən mayın 25-nə kimi davam edib.

Lotereyada iştirak etmək üçün əsas şərtlərdən biri ən azı 5 manat xərcləməklə “Ulduzum” tərəfdaşlarının təqdim etdiyi xidmətlərin birindən "Ulduzum" kodu vasitəsilə endirim almaq və xərclənən hər 5 manat üçün 1 uduş şansı əldə etmək idi. Xərclənən məbləğ 20 manata çatdıqdan sonra şanslar 2 dəfə artır və hər bir iştirakçı xərclədiyi 15 manat üçün 3 və 20 manat üçün 4*2=8 uduş şansı qazanıb.

Lotereyada 70 nəfər "Bakcell" abunəçisi "Alov" smartfonu udub. Bu smartfonu qazanan iştirakçılardan biri 600 uduş şansına malik olub.

İngiltərənin Mançester şəhərinə 2 nəfərlik səyahət kuponunu isə 11 uduş şansı ilə lotereyanın əsas qalibi elan edilən Aygün Ələkbərova qazanıb.

Lotereyada iştirak edən, lakin qalib gəlməyən abunəçilər isə lotereya bitdikdən sonra "Bakcell" şəbəkəsi daxilində 20 dəqiqəlik pulsuz danışıq hədiyyəsi qazanıblar.

"Bakcell" bu proqram çərçivəsində bütün abunəçilərinə müxtəlif sahələr üzrə bir sıra üstünlüklər və xidmətlər təklif edir.

Proqrama qoşulmaq pulsuzdur. Abunəçi “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollayaraq "Ulduzum" proqramına üzv ola bilər.

Son xəbərlər

Orphus sistemi