​Azərkosmos 49 min manatlıq müqavilə imzalayıb

​Azərkosmos 49 min manatlıq müqavilə imzalayıb "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti informasiya texnologiyalarının təchizatı ilə bağlı iki müqavilə imzalayıb
İKT
4 Sentyabr , 2014 12:22
​Azərkosmos 49 min manatlıq müqavilə imzalayıb
Bakı. 4 sentyabr. REPORT.AZ / Azərbaycan Milli Peyk Operatoru "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti informasiya texnologiyalarının təchizatı ilə bağlı iki müqavilə imzalayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, müqavilələr "Bestcomp Group" və "Maybo" yerli şirkətləri ilə bağlanılıb.

"Bestcomp Group" şirkəti ilə imzalanan müqavilə "Azərkosmos"un kompüter və kompüter avadanlıqları ilə təchiz edilməsini nəzərdə tutur.

"Azərkosmos"un "Maybo" şirkəti ilə bağladığı müqavilə əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin yerüstü sistemləri üçün ehtiyat avadanlıqlarının satın alınmasını ehtiva edir.

Qeyd edək ki, müqavilənin ümumi dəyəri 49 min manat civarındadır.

Son xəbərlər

Orphus sistemi