​Azərbaycan və İranın İT şirkətləri birgə layihələr həyata keçirmək niyyətindədir

​Azərbaycan və İranın İT şirkətləri birgə layihələr həyata keçirmək niyyətindədir Nazir müavini İltimas Məmmədov: "Bu istiqamətdə hər iki ölkənin potensialı var"
İKT
26 Sentyabr , 2014 10:13
​Azərbaycan və İranın İT şirkətləri birgə layihələr həyata keçirmək niyyətindədir
Bakı. 26 sentyabr.REPORT.AZ/ Azərbaycan və İranın İT şirkətləri birgə layihələr çərçivəsində avadanlıqlar istehsal edə, proqram təminatları hazırlaya bilər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a verilən məlumata görə, bu barədə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq üzrə keçirilən konfransda bildirib.

Konfransda çıxış edən İ.Məmmədov iki ölkə arasında inkişaf edən əməkdaşlıqdan danışaraq bildirib ki, İKT istiqamətində birgə layihələr həyata keçirmək üçün böyük imkanlar var.

İ.Məmmədov, həmçinin qeyd edib ki, Azərbaycan və İran şirkətləri birgə layihələr çərçivəsində İT avadanlıqlar istehsal edə, proqram təminatları hazırlaya bilər: "Danışıqlar zamanı birgə istehsal ediləcək avadanlıqların üçüncü ölkələrə ixrac edilməsi məsələləri də müzakirə mövzularından olub. Düşünürəm ki, bu istiqamətdə hər iki ölkənin potensialı var".

Son xəbərlər

Orphus sistemi