Azərbaycan İstanbulda keçirilən beynəlxalq İKT sərgisinə qatılıb

Azərbaycan İstanbulda keçirilən beynəlxalq İKT sərgisinə qatılıb Azərbaycanı tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin geniş tərkibli nümayəndə heyəti təmsil edir
İKT
11 Sentyabr , 2014 18:24
Azərbaycan İstanbulda keçirilən beynəlxalq İKT sərgisinə qatılıb

Bakı. 11 sentyabr.REPORT.AZ/ Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) bu gün İstanbulda (Türkiyə) başlayan "CeBit Bilişim Eurasiya" beynəlxalq sərgisinə qatılıb. Nazirlikdən "Report"a verilən məlumata görə, Azərbaycanı tədbirdə RYTN-in birinci müavini İltimas Məmmədovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə dövlət və özəl qurumların nümayəndələri daxildir.

"CeBit Eurasiya" Asiyada aparıcı platforma və seçilmiş bazarların ehtiyacını qarşılayır. Avrasiya ölkələri arasında ən böyük və əhəmiyyətli tədbirlərdən biri olan "CeBit Bilişim - 2014" qlobal konfransı informasiya və kommunikasiya texnologiyaları istifadəçilərini və təchizatçılarını bir araya gətirir.

Sərginin keçirildiyi vaxt ərzində Almaniyada nüfuz qazanmış və dünyada rəqəmsal konfranslar sahəsində müvəffəqiyyətlər əldə etmiş "CeBit Global" konfransları da keçiriləcək.

Qlobal konfrans çərçivəsində yüksəksəviyyəli görüşlərin, birgə "B2B" tədbirlərin, tematik sessiyaların, təqdimatların keçirilməsi nəzərdə tutulur.

Sərgi-konfransın əsas müzakirə mövzuları informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, "ağıllı" şəhər, "ağıllı" dövlət, "ağıllı" bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar və s. olacaq.

Qeyd edək ki, tədbirdə 72 mindən çox peşəkar mütəxəssisin iştirakı gözlənilir.

Sərgi 4 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi