​"Azərpoçt" xaricdə təhsil almaq istəyən abituriyentlərə müraciət edib

​"Azərpoçt" xaricdə təhsil almaq istəyən abituriyentlərə müraciət edib "Abunə qutusu"na ünvanlanan göndəriş alıcının özü tərəfindən abunə olduğu qutudan çıxarılmalıdır
İKT
27 Avqust , 2015 12:23
​Azərpoçt xaricdə təhsil almaq istəyən abituriyentlərə müraciət edib

Bakı. 27 avqust. REPORT.AZ/ "Azərpoçt" MMC xarici dövlətlərin universitetlərində təhsil almaq istəyən abituriyentlərə müraciət edib. “Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına əsasən bildirir ki, müraciətə səbəb xarici ölkələrdəki təhsil müəssisələrinə sənəd göndərərkən onların ünvanlarının poçtun indeksi, habelə tələbələrin yaşayacağı ünvan - küçə, ev və mənzil nömrəsinin dəqiq göstərilməməsidir.

"Müraciət etdiyiniz təhsil müəssisələrindən sizə cavab məktubu göndərilərkən sizin və ya həmin müəssisələrin ünvanını dəqiq göstərilməməsi səbəbindən daxil olan məktubları çatdırmaq mümkün olmur. Çünki bəzən zərflərin üzərində yalnız ad və soyad qeyd edilir ki, bir poçt şöbəsinin xidmət ərazisində onlarla eyni ad-soyadlı adamın olması da istisna deyil. Poçt şöbəsinə daxil olan bu cür göndərişlər abituriyentlər müraciət edənə qədər çatdırılmamış qalır. Bu kimi halların aradan qaldırılması, qəbul barədə operativ olaraq məlumatlandırılmanız üçün hər ehtimala qarşı yaşadığınız ünvanın aid olduğu poçt şöbəsi ilə mütəmadi əlaqə saxlamağınız tövsiyə olunur", - deyə "Azərpoçt"un müraciətində qeyd olunub.

"Azərpoçt"un baş direktorunun köməkçisi Elşad Nurəliyev bu barədə açıqlama verərək bildirib ki, poçt göndərişlərinin ünvanı göndərici tərəfindən göstərilən ardıcıllıqla yazılmalıdır:

ünvan sahibinin adı (fiziki şəxslər üçün - soyadı, adı, atasının adı);

küçənin adı, evin və mənzilin nömrəsi;

poçt indeksi;

yaşayış məntəqəsinin adı (kənd, qəsəbə, şəhər və rayon);

muxtar qurumun adı.

Ünvan sahibinin ünvanı zərflərin, paketlərin, poçt kartlarının və ya poçt göndərişlərinin üzlüyünün aşağı sağ tərəfində, göndəricinin ünvanı isə yuxarı sol tərəfdə yazılmalıdır.

E.Nurəliyev qeyd edib ki, təyinat şöbəsi göstərilməklə poçt göndərişləri "Tələb olunanadək" və ya "Abunə qutusu"na ünvanlana bilər. Bu halda təyinat məntəqəsi, alıcının ünvanı yerində "Tələb olunanadək" və ya "Abunə qutusu"na qeyd edilməlidir. Bu cür poçt göndərişlərinin çatdırılması poçt müəssisəsində həyata keçirilir. Belə ki, alıcı şəxsiyyətini təsdiq edən sənədi təqdim etdikdə "Tələb olunanadək" qeydli göndərişi qəbul edə bilər.

"Abunə qutusu"na ünvanlanan göndəriş isə alıcının özü tərəfindən abunə olduğu qutudan çıxarılmalıdır.

Son xəbərlər

Orphus sistemi