"Azərkosmos", Elmin İnkişafı Fondu və TÜBİTAK arasında anlaşma memorandumu imzalanıb

"Azərkosmos", Elmin İnkişafı Fondu və TÜBİTAK arasında anlaşma memorandumu imzalanıb Əməkdaşlıq çərçivəsində kosmos və astronomiya sahələrində tədqiqatlar aparılacaq
İKT
23 Noyabr , 2015 10:49
Azərkosmos, Elmin İnkişafı Fondu və TÜBİTAK arasında anlaşma memorandumu imzalanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ “Azərkosmos” ASC, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) Kosmik Texnologiyalar Araşdırma İnstitutu (TÜBİTAK UZAY) arasında kosmos və astronomiya sahələrində tədqiqatlar, Yer səthinin məsafədən müşahidə imkanlarının birgə şəkildə istifadəsi və bu sahədə yaxından əməkdaşlığa dair üçtərəfli anlaşma memorandumu imzalanıb. Bu barədə "Azərkosmos"dan "Report"a daxil olan xəbərdə deyilir. Adıçəkilən memorandum bu ilin may ayında "Azərkosmos"da hər üç qurum arasında keçirilmiş görüşdə əldə olunmuş razılığa əsasən imzalanıb.

Memorandum çərçivəsində "Azərkosmos", Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY arasında bundan sonra kosmik texnologiyalar üzrə birgə tədqiqat və təcrübə mübadiləsinin aparılması, telekommunikasiya peyk sistemlərinin elmi məqsədlər üçün birgə istifadəsi, Yer səthinin məsafədən müşahidə sistemlərindən istifadə etməklə kənd təsərrüfatı sahəsində pilot tədqiqat layihəsinin hazırlanması, peyklərin idarə olunması istiqamətində birgə simpozium, konfrans və seminarların təşkili, peyk texnologiyalarının inkişafı üçün mikro və nano-peyklərin hazırlanması, birgə yeni nəsil müşahidə və telekommunikasiya peyk sistemlərinin yaradılması, kosmik və astronomik tədqiqatlar sahəsində yüksəkixtisaslı Azərbaycan və Türkiyə mütəxəssislərinin hazırlanması və s. bu qəbildən olan sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi