"Azercell" yeni rabitə xidmətinin tətbiqinə hazırlaşır

"Azercell" yeni rabitə xidmətinin tətbiqinə hazırlaşır Yeni xidmətin Azərbaycanda 2016-cı ildə tətbiqi gözlənilir
İKT
2 Dekabr , 2015 17:11
Azercell yeni rabitə xidmətinin tətbiqinə hazırlaşır

Bakı. 2 dekabr. REPORT.AZ/ "Azercell Telecom" MMC şirkəti Azərbaycanda internet şəbəkəsi sahəsində ən yeni texnologiyanın tətbiqi üzərində işləyir.

"Report" xəbər verir ki, yenilik haqda şirkətin prezidenti Vahid Mürsəliyev Bakıda keçirilən "Bakutel-2015" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində çərçivəsində keçirilən konfrans zamanı bildirib.

O deyib ki, "Azercell" Wi-Fi şəbəkəsi əsasında Azərbaycanda səs xidmətləri göstərməyi nəzərdə tutur: "Bu, dünyanın bir neçə ölkəsində istifadə edilən ən müasir xidmətdir. Bunun tətbiqi məsələnin hüquqi tərəfindən, xüsusən də lisenziyanın alınmasından asılı olacaq".

Qeyd edək ki, Wi-Fi əsasında səs xidmətləri mobil şəbəkə olmasa belə, internetə ADSL çıxışı olan binaların daxilində səs rabitəsini həyata keçirmək imkanlarını nəzərdə tutur.

V.Mürsəliyevin sözlərinə görə, yeni xidmətin tariflərinin mövcud paketlərdən baha olmayacağı gözlənilir.

Qeyd edək ki, yeni xidmətin Azərbaycanda 2016-cı ildə tətbiqi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi